Demba Ba yeni vəzifədə - Fransa klubuna təyinat aldı
19.06.2026 - 23:43
Demba Ba Fransanın “Havr” klubunda idman direktoru təyin olunub.
Apasport.az xəbər verir ki, Türkiyədə “Beşiktaş” və “Başakşehir” formaları geyinmiş sabiq seneqallı futbolçu bundan sonra Liqa 1 təmsilçisində fəaliyyət göstərəcək.
40 yaşlı funksioner klubun transfer siyasəti və idman layihəsinə cavabdeh şəxs olacaq.
Qeyd edək ki, Demba Ba futbolçu karyerası ərzində “Nyukasl”, “Çelsi”, “Beşiktaş”, “Şanxay Şenhua” və “Başakşehir” kimi klublarda çıxış edib.
O, “Başakşehir”lə 2019/20 mövsümündə Türkiyə çempionu olub.
0
0