"Araz-Naxçıvan" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hava şəraiti və stadionun vəziyyəti yaxşı oyun göstərməyə imkan vermədi. Yaxşı oyun nümayiş etdirməyə çalışdıq. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Oyuna nəzarət edirdik. Futbol belədir ki, qol vurmayanda sənə qol vururlar.
- Qapıda Tərlan Əhmədliyə şans verməyinizin səbəbi nə idi?
- Oyunçulara baxırıq. Ən yaxşı variantı yoxlamağa çalışırıq. Elə futbolçular var ki, verilən tapşırıqları daha tez yerinə yetirirlər.
- 60-cı dəqiqədən sonra üstünlük rəqibə keçdi. Əvəzetmələrə gecikdiyinizi düşünmürsüz?
- Bu vəziyyətdə olan meydançada oyuna nəzarət etməyə çalışdıq. Bəzən 90 dəqiqə dominant oynaya bilmirsən. Bu, bizim səhvlərimizdən oldu.
- Karyeranız ərzində bundan pis meydança görmüsüz?
- "İmişli" də eyni şərtlərdə oynayırdı. Belə vəziyyətdə komanda gücünü göstərməlidir. Ukraynada da bele stadionlar olub.
- Start heyətində azərbaycanlı futbolçular çox idi. Bu, məcburiyyətdən atılmış addım idi?
- Mən futbolçuları yerli və legioner olaraq ayırmıram. Bizim 20 oyunçumuz var. Kim məşqlərdə daha yaxşı olacaqsa, o da oynayacaq. Vacib olan nəticə qazanmaqdır.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi