Dibala “Roma”da qalacaq?
31.05.2026 - 15:21
Dibala “Roma”da qalacaq?

Paulo Dibala “Roma”da qalmağa qərar verib.

Apasport.az xəbər verir ki, hücumçu paytaxt təmsilçisi ilə müqaviləsini iki il müddətinə uzadacaq.

32 yaşlı argentinalı futbolçu illik 8 milyonluq qazancından imtina edərək, bonuslarla birlikdə 2,5 milyon avro almağa razılıq verib.

​“Roma”nın Çempionlar Liqasına vəsiqə qazanması və Can Pyero Qasperininin israrlı mövqeyi bu qərarın verilməsində həlledici amilə çevrilib.

Türkiyədən daxil olan təklifləri geri çevirən ulduz, hazırkı anlaşması başa çatdıqdan sonra vətəninə qayıtmağı planlaşdırır.

​Xatırladaq ki, təcrübəli oyunçu cari mövsümdə A Seriyasında 22 matçda meydana çıxıb.