Dieqo Karlos rəsmən “Parma”da
01.09.2026 - 20:53
Dieqo Karlos rəsmən “Parma”da

“Fənərbaxça” futbolçusu Dieqo Karlos karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi "Parma" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 33 yaşlı oyunçu mövsümün sonunadək icarə əsasında A Seriyası təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Dieqo Karlos 2025-ci ildən “Fənərbaxça”da çıxış edir. O, ötən mövsümü icarə əsasında “Komo”da çıxış edib.