"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşib
17.12.2025 - 13:29
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşib

Ukraynanın “Dinamo” (Kiyev) komandasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu vəzifəyə İqor Kostyuk təyin olunub.

50 yaşlı mütəxəssis ötən ay istefaya göndərilən Aleksandr Şovkovskini əvəzləyib.

Qeyd edək ki, “Dinamo” 16 turdan sonra Ukrayna Premyer Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.