Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
30.07.2026 - 15:58
Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır

Avropa futbolunun aparıcı simaları FIFA prezidenti Canni İnfantinoya rəqib hazırlamağa çalışırlar.

Apasport.az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, bir sıra nüfuzlu futbol xadimləri PSJ-nin prezidenti Nasser Əl-Xelaifini gələn il keçiriləcək FIFA prezident seçkilərində namizəd olmağa razı salmağa çalışırlar.

Bildirilir ki, son dövrlər İnfantinonun rəhbərliyi altında qəbul edilən bəzi qərarlar Avropa futbolunda narazılıq yaradıb. Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir və onun növbəti prezident seçkilərində yenidən namizəd olacağı gözlənilir.

Nasser Əl-Xelaifi isə 2011-ci ildən PSJ-nin prezidentidir. O, eyni zamanda Avropa Klublar Assosiasiyasının (ECA) sədri və UEFA İcraiyyə Komitəsinin üzvüdür.