İngiltərə Premyer Liqasında mübarizə aparan "Bornmut" klubunun və Türkiyə millisinin futbolçusu Enes Ünal uzunmüddətli zədədən sonra yenidən sıradan çıxıb.
Apasport.az xəbər verir ki, çarpaz bağ zədəsindən sonra tədricən oyun ritmini bərpa etməyə başlayan hücumçu "Nyukasl"la FA Kuboku çərçivəsində keçirilən matçda növbəti dəfə zədə alıb.
“Nyukasl Yunayted”lə görüşdə start heyətində meydana çıxan 28 yaşlı futbolçu aldığı zədə səbəbindən oyunun 28-ci dəqiqəsində Evanilsonla əvəzlənib.
Matçdan sonra “Bornmut”un baş məşqçisi Andoni İraola Enes Ünalın durumu ilə bağlı açıqlama verib. İspaniyalı mütəxəssis bildirib ki, Enes bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA