Enzo Fernandez: “Həyatımın qolunu vurdum”
07.07.2026 - 23:09
Enzo Fernandez: “Həyatımın qolunu vurdum”

Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandez Misirlə oyundan sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, futbolçu DÇ-2026-nın 1/8 finalında 3:2 hesablı qələbəni şərh edib.

“Həyatımın qolunu indicə vurdum. Turnirdən kənarda qalmağa yaxın idik, amma əlimizdən gələn hər şeylə mübarizə apardıq. Biz belə ürəkli komandayıq”, - deyə Enzo bildirib.

Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.