DÇ-2026-nın D qrupunda Avstraliyanı məğlub edən ABŞ millisi 1/16 pley-off mərhələsinə yüksəlməyi rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, qrupda keçirdiyi hər iki oyundan qələbə ilə ayrılan ABŞ yığması xallarının sayını 6-ya çatdıraraq dünya çempionatının son 32 komandası sırasına düşməyi təmin edib.
Bundan əvvəl isə başqa bir ev sahibi komanda olan Meksika millisi 1/16 mərhələyə yüksəlmişdi.
Xatırladaq ki, ABŞ ilk turda Paraqvayı 4:1, ikinci qarşılaşmada isə Avstraliyanı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, D qrupunda digər iştirakçılar Türkiyə, Avstraliya və Paraqvay milliləridir. ABŞ son turda Türkiyə ilə üz-üzə gələcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı