"Everton" Qrilişlə bağlı qərarını verdi
03.04.2026 - 16:26
"Everton" Qrilişlə bağlı qərarını verdi

Müqavilə ilə “Mançester Siti”yə məxsus olan və icarə əsasında “Everton”da çıxış edən Cek Qrilişin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi ingiltərəli futbolçunu komandada saxlamaq niyyətindədir.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda hər iki klub 30 yaşlı vingerin birdəfəlik transferi ilə bağlı danışıqlara başlayıb.

Qeyd edək ki, “Everton” Cek Qrilişi cari mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü komandanın heyətində keçirdiyi 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.