“Everton”dan transfer: 25 milyonluq keçid
02.07.2026 - 13:56
“Everton”dan transfer: 25 milyonluq keçid

“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Liverpul təmsilçisi “Midlsbro”dan Heyden Heknini transfer edib.

Klub 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.

“The Athletic”in məlumatına görə, keçid “Everton”a 16,5 milyon funta başa gəlib. Müqavilədə əlavə 8,5 milyon funt bonus da nəzərdə tutulub. Bu bonuslar futbolçunun meydana çıxma sayı, İngiltərə millisinə dəvət alması və “Everton”un avrokuboklara vəsiqə qazanmasından asılı olacaq.

Bundan başqa, “Everton” Heknini gələcəkdə aldığı qiymətdən baha satsa, “Midlsbro” satışdan müəyyən faiz əldə edəcək.

Qeyd edək ki, Heyden Hekni ötən mövsüm Çempionşipdə 39 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.