Fabreqas onu da İtaliyaya gətirir: "REAL"DAN NÖVBƏTİ TRANSFER
04.06.2026 - 11:40
Fabreqas onu da İtaliyaya gətirir: "REAL"DAN NÖVBƏTİ TRANSFER

"Komo" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi "Real"ın hücumçusu Qonzalo Qarsiyanı rənglərinə bağlamağı planlaşdırır.

A Seriyası klubu forvardın potensialını yüksək qiymətləndirir.

Futbolçu ilə Sesk Fabreqasın şəxsən maraqlandığı bildirilir.

Transfer baş tutarsa, Qarsiya "Komo"da çıxış edən üçüncü sabiq "Real"lı olacaq. Yarımada təmsilçisi ona qədər Xakobo Ramon və Niko Pazı heyətinə qatıb.

Qeyd edək ki, 22 yaşlı ispaniyalı ötən mövsüm bütün turnirlərdə 39 oyunda 8 qol vurub.