“Atalanta”nın futbolçusu Ademola Lukmanın yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, nigeriyalı vinger Madridin “Atletiko” klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 35+5 milyon avro ödəyəcək. 28 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Nigeriya millisinin üzvü ilə “Fənərbaxça” da yaxından maraqlanırdı. İstanbul təmsilçisi “Atalanta” ilə ödəmə planı ilə bağlı yaşanan anlaşmazlıqlar səbəbindən bu transferi həyata keçirə bilməmişdi.
Qeyd edək ki, Lukman bu mövsüm A Seriyasında “Atalanta”nın heyətində keçirdiyi 12 oyunda 2 qol vurub.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO