“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, London klubu Endryu Robertsonun transferini açıqlayıb.
32 yaşlı sol cinah müdafiəçisi “Liverpul”dan ayrıldıqdan sonra azad agent kimi “Tottenhem”ə keçib.
Şotlandiya millisinin kapitanı ilə “Fənərbaxça”nın da adı hallanırdı. Lakin təcrübəli futbolçu karyerasını Premyer Liqada davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, Robertson 2017-ci ildən “Liverpul”da çıxış edirdi. O, mersisaydlıların heyətində 378 oyuna çıxıb, 2 dəfə Premyer Liqa, 1 dəfə Çempionlar Liqası, 1 dəfə İngiltərə Kuboku və 2 dəfə Liqa Kubokunun qalibi olub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı