“Fənərbaxça”da ciddi itki - 2 ay oynamayacaq
06.08.2026 - 16:08
“Fənərbaxça”da ciddi itki - 2 ay oynamayacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şturm”la oyunda (2:0) zədələnən “Fənərbaxça”nın futbolçusu Ceydon Ostervoldenin vəziyyətinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, niderlandlı müdafiəçinin arxa bud vətərində qismən yırtıq aşkarlanıb.

Bu barədə "sarı-lacivərdlilər"in mətbuat xidməti məlumat yayıb.

25 yaşlı oyunçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.