“Fənərbaxça”da Tuncay Şanlı dönəmi bitdi – Klub əfsanəsi ilə yollar ayrıldı
04.06.2026 - 16:38
“Fənərbaxça”da Tuncay Şanlı dönəmi bitdi – Klub əfsanəsi ilə yollar ayrıldı

“Fənərbaxça”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu Tuncay Şanlı ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tuncay Şanlı “Fənərbaxça” Futbol Akademiyasında Dəyər Yaratma və İnkişaf Direktoru vəzifəsində çalışırdı.

Klub açıqlamasında sabiq futbolçuya gördüyü işlərə görə təşəkkür edib:

“Futbol Akademiyamızda Dəyər Yaratma və İnkişaf Direktoru kimi çalışan klubumuzun əfsanələrindən Tuncay Şanlı ilə yollarımız ayrılıb. Gördüyü bütün işlər və çəkdiyi zəhmət üçün ona təşəkkür edir, karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Tuncay Şanlı futbolçu karyerası ərzində “Fənərbaxça” ilə yanaşı, “Midlsbro”, “Stok Siti”, “Volfsburq” və “Bolton” kimi klublarda da çıxış edib.