“Fənərbaxça”dan ayrıldı - “Ayaks”da çıxış edəcək
30.08.2026 - 16:44
“Fənərbaxça” ilə müqaviləsinə xitam verən Sofyan Amrabatın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi karyerasını “Ayaks”da davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Fənərbaxça” Sofyan Amrabatı 2025-ci ildə “Fiorentina”dan 12 milyon avro qarşılığında transfer etmişdi.
0
0