“Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidentliyə namizədi Safi, Robert Levandovski ilə maraqlanır.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, “Fənərbaxça” polşalı hücumçunu azad agent kimi heyətinə qatmaq istəyir. Artıq futbolçunun nümayəndələri ilə ilkin təmaslar qurulub.
Levandovski isə hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib. Təcrübəli forvardın bütün variantları dəyərləndirdiyi bildirilir.
Ona ərəb klublarının da ciddi marağı var. Xüsusilə "Əl Nəsr" polşalını heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, 37 yaşlı hücumçu son olaraq “Barselona”da çıxış edib.