"Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
21.06.2026 - 19:25
"Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi

"Fənərbaxça" müdafiəçisi Arçi Braunla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçu üçün "Nottingem Forest"dən gələn 16 milyon avroluq təklifi geri çevirib.

Klub rəhbərliyi ingilis sol cinah müdafiəçisini komandanın vacib üzvlərindən biri hesab etdiyindən onun satılmasına razılıq verməyib.

Qeyd edək ki, Arçi Braun ötən yay "Gent"dən "Fənərbaxça"ya transfer olunub.

23 yaşlı futbolçu həm sol müdafiəçi, həm də sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edə bilir.