“Fənərbaxça”nın futbolçusu Arçi Braun karyerasını vətənində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli müdafiəçi ilə “Nottingem Forest” yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, Premyer Liqa təmsilçisi 23 yaşlı oyunçu üçün İstanbul klubuna 16 milyon avroluq təklif göndərib. “Sarı-lacivərdlilər” isə futbolçunu 18 milyon avrodan aşağı qiymətə satmağa razı deyil. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, Arçi Braun bu mövsüm “Fənərbaxça”nın heyətində meydana çıxdığı 36 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Harri Keyn Çempionlar Liqasında tarix yazdı – Ronaldonun rekorduna yaxınlaşır
- “Milan”ın futbolçusu əməliyyat olundu
- “Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi
- Yamaldan “Qalatasaray” etirafı: “İkinci qolları ləğv edilməsəydi...”
- Okan Buruk futbolçularını tənqid etdi: “Oyunu daha yaxşı oxumalıdırlar”