“Fənər”in müdafiəçisi zədələnib - 1 ay oynamayacaq
02.03.2026 - 21:25
“Fənər”in müdafiəçisi zədələnib - 1 ay oynamayacaq

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Nelson Semedo sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Semedo ölkə çempionatının 24-cü turunun "Antalyaspor"la səfər matçında (2:2) dizindən zədə alıb. Portuqaliyalı sağ cinah müdaqfiəçisi təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" Nelson Semedonu mövsümün əvvəlində "Vulverhempton"dan transfer edib. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.