FFF İnfantinoya “yox” deyəcək
19.08.2026 - 00:23
FFF İnfantinoya “yox” deyəcək

Fransa Futbol Federasiyası (FFF) Canni İnfantinonun 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Federasiyanın prezidenti Filip Diallo yaranmış vəziyyəti sentyabrın 8-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarmağı planlaşdırır. Bununla o, qərarı təkbaşına qəbul etdiyi təəssüratının yaranmasını istəmir.

FFF İnfantino ilə bağlı mövqeyini rəsmi şəkildə açıqlamayıb.

Qeyd edək ki, İnfantino 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb. Seçkinin gələn il martın 18-də Mərakeşdə keçirilməsi planlaşdırılır.