FIFA 4 Türkiyə klubuna transfer qadağası qoydu
01.08.2026 - 16:27
FIFA 4 Türkiyə klubuna transfer qadağası qoydu

FIFA dörd Türkiyə klubuna transfer qadağası tətbiq edib.

Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi siyahısında məlumat yer alıb.

Qərara əsasən, "Gənclərbirliyi", "Antalyaspor" və "Pendikspor" klubları üç transfer dövrü ərzində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcəklər.

"Hatayspor"a tətbiq edilən qadağa isə müddətsiz xarakter daşıyır. Klub borc və ya mübahisəli məsələləri həll edənədək transfer həyata keçirə bilməyəcək.

Qeyd edək ki, FIFA əsasən maliyyə öhdəliklərinin yerinə yetirilməməsi və ya futbolçular, məşqçilər, klublar arasında yaranan hüquqi mübahisələrə görə transfer qadağası tətbiq edir.