FİFA prezidenti Canni İnfantino dünya çempionatını ayrıca şirkətə çevirmək və həmin şirkətin səhmlərinin bir hissəsini özəl investorlara satmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, potensial investorlarla danışıqlar ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparılıb. Layihənin reallaşacağı təqdirdə, İnfantino yaradılması nəzərdə tutulan şirkətdə komissar vəzifəsini icra edəcək.
Xəbərdə bildirilir ki, FİFA-nın dünya çempionatı ilə bağlı kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması planı Avropada narahatlıq yaradıb. İddialara əsasən, bəzi Avropa ölkələri bu addımın həyata keçirilməsi halında mundialı boykot etmək variantını müzakirə edir.