Fransa - İspaniya matçının ən yaxşısı: Pedro Porro
15.07.2026 - 01:20
Fransa - İspaniya matçının ən yaxşısı: Pedro Porro

2026-cı il dünya çempionatının yarımfinalında keçirilən Fransa - İspaniya oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, mükafata İspaniya millisinin müdafiəçisi Pedro Porro layiq görülüb.

O, komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada ikinci qolu vurub.

Qeyd edək ki, İspaniya bu qələbədən sonra dünya çempionatının finalına yüksəlib.