Fransalı müdafiəçi "Liverpul"da - RƏSMİ
01.07.2026 - 16:03
"Liverpul" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Fransa təmsilçisi "Renn"də çıxış edən Jeremi Jakeni heyətinə qatdığını açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mersisaydlılar 20 yaşlı mərkəz müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalayıb.
0
0