Haaland “Real”a keçmək istəmir: Səbəb Mbappe və Vinisiusdur
29.06.2026 - 22:21
Haaland “Real”a keçmək istəmir: Səbəb Mbappe və Vinisiusdur

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland karyerasını “Real”da davam etdirməkdə maraqlı deyil.

Apasport.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin iddiasına görə, Xosep Qvardiolanın “Mançester Siti”dən ayrılmasından sonra norveçli forvard başqa kluba keçid variantını nəzərdən keçirməyə hazırdır.

Lakin Haaland Madrid klubuna transfer olmaq istəmir. Buna səbəb “Real”da Kilian Mbappe və Vinisiusun çıxış etməsidir. Norveçli futbolçu həmin iki ulduzla eyni komandada yer almağı arzulamır.

Qeyd edək ki, Erlinq Haaland ötən mövsüm bütün turnirlərdə 52 matça çıxıb, 38 qol vurub və 9 məhsuldar ötürmə edib.