İngiltərə Premyer Liqasında “Mançester Siti” doğma meydanda “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, görüşün əsas qəhrəmanı Erlinq Haland olub. Norveçli hücumçu iki qol vuraraq komandasının inamlı qələbəsində böyük pay sahibi olub.
Bu nəticə ilə Haland cari mövsümdə vurduğu qolların sayını 19-a çatdıraraq bombardirlər yarışında liderliyini möhkəmləndirib.
Erlinq Haland Premyer Liqa tarixində nadir göstəriciyə imza atıb. Milad bayramına qədər 19 qol vuran futbolçular siyahısında o, dördüncü oyunçu olub.
Daha əvvəl buna yalnız Endi Koul (1993/94), Kevin Filips (1999/2000) və Luiz Suarez (2013/14) nail olmuşdu.