Henderson rəsmən “Çelsi”də
03.08.2026 - 22:35
Henderson rəsmən “Çelsi”də

Cordan Henderson karyerasını İngiltərə Premyer Liqasında çıxış edən “Çelsi”də davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Henderson son olaraq İngiltərənin “Brentford” klubunda çıxış edirdi. O, karyerasının ən uğurlu dövrünü isə “Liverpul”da keçirib. Təcrübəli yarımmüdafiəçi Mersisayd təmsilçisi ilə Premyer Liqa, UEFA Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Kuboku, İngiltərə Superkuboku və iki dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

Qeyd edək ki, Cordan Henderson İngiltərə millisinin heyətində 91 oyunda 3 qola imza atıb. O, yığma ilə AVRO-2020-də gümüş, 2026-cı il dünya çempionatında isə bürünc medal qazanıb.