İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
02.10.2026 - 13:48
İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”

İngiltərə Futbol Assosiasiyası (FA) Müstəqil Komissiyanın “Mançester Siti” ilə bağlı qərarına münasibət bildirib.

Apasport.az xəbər verir ki, qurum məsələni və qərarın mümkün nəticələrini diqqətlə nəzərdən keçirdiyini açıqlayıb.

FA-nın açıqlamasında deyilir:

“Müstəqil Komissiyanın qərarı oyunun bütövlüyü baxımından mühüm nəticələr doğurur. Qərarı və onun potensial təsirlərini diqqətlə nəzərdən keçiririk. Lazım bildiyimiz halda müvafiq addımlar atacağıq.

Premyer Liqa ilə ‘Mançester Siti’ arasındakı hüquqi proses davam etdiyi üçün indiki mərhələdə əlavə şərh verməyi planlaşdırmırıq. Bununla belə, prosesdəki yenilikləri yaxından izləməyə davam edəcəyik”.

Xatırladaq ki, Müstəqil Komissiya “Mançester Siti”ni Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı bir sıra ittihamlar üzrə təqsirli bilib. Mançester təmsilçisi isə ittihamları rədd edir və qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.