İngiltərə millisinin üzvü daha 5 il “Nyukasl”da
11.09.2026 - 15:01
"Nyukasl" müdafiəçi Lyuis Hollun müqaviləsinin müddətini artırıb.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərə milli komandasının üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Nyukasl" Lyuis Hollu 2023-cü ildə "Çelsi"dən transfer edib. 24 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə "sağsağanlar"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0