İngiltərə qələbə qazandı: Yeganə qol Keyndən
07.06.2026 - 02:17
2026-cı il dünya çempionatı öncəsi keçirilən hazırlıq oyununda İngiltərə millisi Yeni Zelandiya ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, matç İngiltərənin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 45+2-ci dəqiqədə Harri Keyn vurub.
İngilislər mundial öncəsi son yoxlama görüşündə Kosta Rika ilə üz-üzə gələcək.
Qeyd edək ki, İngiltərə 2026-cı il dünya çempionatının L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq. Yeni Zelandiya isə G qrupunda Belçika, Misir və İranla üz-üzə gələcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0