İngiltərədə klubunu dəyişdi - RƏSMİ
29.08.2026 - 09:34
İngiltərədə klubunu dəyişdi - RƏSMİ

"Çelsi"nin futbolçusu Nikolas Cekson İngiltərədə klubunu dəyişib.

Apasport.az xəbər verir ki, hücumçu "Aston Villa" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Birmingem təmsilçisi Seneqal millisinin üzvü üçün "zadəganlar"a bonuslar da daxil olmaqla 65 milyon funt sterlinq ödəyəcək. Bu məbləğ “Aston Villa” tarixinin rekord transferidir.

Qeyd edək ki, Cekson ötən mövsümü "Bavariya"da icarə əsasında keçirib və Bundesliqada 23 oyunda 8 qol vurub.