İngiltərənin üç klubu Arda ilə maraqlanır
10.12.2025 - 14:57
İngiltərənin üç klubu Arda ilə maraqlanır

“Real”ın futbolçusu Arda Güler qışda klubu tərk edə bilər.

Apasport.az xəbər verir ki, “Liverpul”, “Arsenal” və “Mançester Yunayted” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Caught Offside” portalı məlumat yayıb. 

Premyer Liqa klubları arasında transferdə əsas favorit “Liverpul”dur. “Qırmızılar” Ardanı klubdan ayrılacağı gözlənilən Məhəmməd Salaha əvəzləyici kimi düşünür.

Arda bu mövsüm 21 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.