"İnter"dən 50 milyonluq təklif: FUTBOLÇU DA İSTƏYİR
18.06.2026 - 20:38
"İnter" "Atalanta"nın müdafiəçisi Marko Palestra üçün rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Milan təmsilçisi 21 yaşlı futbolçu üçün 45 milyon avro və əlavə 5 milyon avro bonus təklif edib. "İnter" Palestra ilə şəxsi şərtlərdə də razılıq əldə edib.
Futbolçu karyerasını "neradzurri"də davam etdirməkdə israrlıdır. Transferin tamamlanması üçün klublar arasında daha bir görüşün keçirilməsi gözlənilir.
Qeyd edək ki, Palestra ötən mövsümü icarə əsasında "Kalyari"də keçirib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0