“İnter”in hücumçusu zədələnib
23.12.2025 - 21:21
“İnter”in hücumçusu Anj-Yoan Bonni məşq zamanı zədələnib.
Apasport.az xəbər verir ki, fransalı forvard bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu sol dizindən xəsarət alıb. Tibbi müayinədən sonra ona diz oynağının bağlarının dartılması diaqnozu qoyulub.
Qeyd edək ki, Anj-Yoan Bonni cari mövsümdə Milan təmsilçisinin heyətində bütün turnirlər üzrə 20 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0