İran FIFA-ya şikayət edəcək - Yığmaya yenə məhdudiyyət qoyuldu
19.06.2026 - 21:27
İran FIFA-ya şikayət edəcək - Yığmaya yenə məhdudiyyət qoyuldu

İran Futbol Federasiyası FIFA-ya şikayət etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, buna 2026-cı il dünya çempionatında İran millisinə tətbiq olunan məhdudiyyətlər səbəb olub.

G qrupunda bazar günü Belçika ilə qarşılaşacaq İran yığmasının Los-Ancelesə yalnız oyundan 24 saat əvvəl gəlməsinə icazə verilib.

Federasiya bu qərarın komandanın hazırlıq prosesinə mənfi təsir etdiyini düşünür və məsələ ilə bağlı FIFA-ya rəsmi müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, İran ilk turda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.