“Liverpul” yeni mövsüm üçün transfer strategiyasını müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Andoni İraolaya böyük transfer büdcəsi ayırmağı planlaşdırmır.
Sun Sport-un məlumatına görə, mersisaydlılar ötən mövsüm Arne Slot üçün transferlərə ciddi məbləğ xərclədiklərini düşünür. Bu səbəbdən rəhbərlik hazırkı heyətin bir neçə əlavə ilə kifayət qədər güclü olacağı qənaətindədir.
İraolanın əsasən mövcud heyət üzərində işləyəcəyi, transfer bazarında isə yalnız ehtiyac duyulan mövqelərə müdaxilə ediləcəyi bildirilir.
Qeyd edək ki, Andoni İraola “Liverpul”un baş məşqçisi postunda Arne Slotu əvəzləyib. İspan məşqçi ilə 1 illik müqavilə imzalanıb.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO