İslandiyalı forvard "Roma"ya təklif olunub
16.12.2025 - 19:26
İslandiyalı forvard "Roma"ya təklif olunub

"Fiorentina"nın hücumçusu Albert Qudmundsson İtaliya A Seriyasında klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İslandiyalı forvard "Roma"ya təklif olunub. 28 yaşlı futbolçu paytaxt klubuna keçməyə isti yanaşır. Klublar anlaşsa, transfer yanvar ayında rəsmiləşəcək.

Qeyd edək ki, Albert Qudmundsson bu mövsüm "Fiorentina"nın heyətində keçirdiyi 19 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.