İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuentenin müqaviləsini uzatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olan 64 yaşlı mütəxəssislə razılaşmanın 2030-cu ilədək uzadılması nəzərdə tutulur. Tərəflər arasında danışıqların müsbət yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrında İspaniya millisinin baş məşqçisi təyin olunub. O, yığmanı 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının, 2026-cı ildə isə dünya çempionatının qalibi edib. İspaniya onun rəhbərliyi altında 2025-ci il Millətlər Liqasında da gümüş medal qazanıb.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır