İspaniya klubunda ayrılıq - RƏSMİ
14.12.2025 - 18:55
İspaniya klubunda ayrılıq - RƏSMİ

İspaniya La Liqası təmsilçisi “Real Sosyedad”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komanda baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, "Real Sosyedad" hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci pillədə qərarlaşıb.