İspaniya millisinin üzvü “Qalatasaray”ın hədəfində
06.05.2026 - 17:28
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Türkiyə təmsilçisi Adama Traore ilə yaxından maraqlanır.
“Cimbom” rəhbərliyi mövsüm sonunda azad agent statusuna yiyələnəcək ispan oyunçu ilə artıq qarşıdakı həftə danışıqlara başlamaq niyyətindədir. Adamanın “Vest Hem”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “Barselona”nın yetirməsi və sabiq futbolçusudur. Bununla yanaşı, İspaniya millisinin üzvü “Aston Villa”, “Midlsboro”, “Vulverhempton” və “Fulhem” klublarında oynayıb.
0
0