"Roma" heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi "Bolonya"nın mərkəz hücumçusu Santyaqo Kastronu transfer edib.
İnsayder Canluka Di Martsionun məlumatına görə, 21 yaşlı argentinalı futbolçunun keçidi üçün "Roma" 35 milyon avro ödəyəcək.
Razılaşmaya əlavə bonuslar və futbolçunun növbəti satışından "Bolonya"ya 10 faiz pay maddəsi də daxil edilib.
Əlavə olaraq bu transferdən sonra "Roma"nın ukraynalı hücumçusu Artem Dovbik icarə əsasında "Bolonya"ya keçəcək.
Qeyd edək ki, Santyaqo Kastro ötən mövsüm bütün turnirlərdə 43 oyunda 12 qol vurub, 9 məhsuldar ötürmə edib.