“Yuventus”un və Türkiyə millisinin gənc hücumçusu Kenan Yıldız İtaliya A Seriyasında daha bir mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, Kenan 10–13-cü turlarda 23 yaşadək futbolçular arasında ən yüksək performans göstərən oyunçu kimi “Ayın yüksələn ulduzu” adına sahib olub.
Mükafat gənc forvarda 20 dekabrda “Yuventus” – “Roma” matçından əvvəl təqdim ediləcək.
Kenan Yıldız noyabr ayında keçirdiyi 3 liqa oyununda 2 qol vurub. Ümumilikdə isə o, cari mövsümdə bütün yarışlarda 19 matçda meydana çıxıb və 6 dəfə fərqlənib.
Qeyd edək ki, Yıldız bu mövsüm avqustda ayın oyunçusu seçilmişdi.