"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqanın tarixində het-trik edən ən yaxşı beş oyunçu arasında yer alıb.
Apasport.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Almaniya çempionatının 13-cü turunda, Münhen komandasının "Ştutqart"ı 5:0 hesabı ilə məğlub etdiyi oyunda o, 66, 82 və 88-ci dəqiqələrdə qol vurub. Bu, Keynin Almaniya Bundesliqasında 10-cu het-triki olub.
Bundesliqanın tarixində yalnız Gerd Müller (32), Robert Levandovski (16), Klaus Fişer (12) və Yupp Heynkes (11) daha çox het-trik edib.
Bu mövsüm hücumçu "Bavariya"da 13 liqa oyununda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq