Almaniya millisinin yarımmüdafiəçisi Yoşua Kimmix yığmadakı karyerasını başa vurmaq niyyətində deyil.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu milli komandasının uğursuzluğu ilə bağlı açıqlama verib.
Kimmix hər zaman yeni çağırışlara hazır olduğunu bildirib:
“Xalqımızı məyus etdik. Kapitan kimi məsuliyyəti öz üzərimə götürürəm. Məndə həmişə daha bir cəhd üçün güc olacaq. Heç vaxt etməyəcəyim şey isə təslim olmaqdır”.
Qeyd edək ki, Almaniya millisi DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzub. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Paraqvay penaltilərdə 4:3 hesablı qələbə qazanıb.
Bu, Almaniya millisinin dünya çempionatları tarixində penaltilər seriyasında ilk məğlubiyyəti olub. Kimmix görüşdə 120 dəqiqə meydanda qalıb. “Bavariya”nın futbolçusu 2024-cü ildən Almaniya millisinin kapitanıdır və yığmada 114 oyun keçirib.