Kolumbiya millisinin üzvü “Palmeyras”da
08.02.2026 - 00:15
Kolumbiya millisinin üzvü “Palmeyras”da

"Vulverhempton"un futbolçusu Con Arias Braziliyaya qayıdıb.

Apasport.az xəbər verir ki, "Palmeyras" kolumbiyalı vingeri transfer edib.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Palmeyras" Arias üçün İngiltərə klubuna 25 milyon avro ödəyib. 28 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Vulverhempton" Con Ariası mövsümün əvvəlində Braziliyanın "Fluminense" klubundan transfer etmişdi. Kolumbiya millisinin üzvü "qurdlar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.