Komandanı avrokuboklara apardı, qarşılığında qovuldu
14.02.2026 - 09:58
Komandanı avrokuboklara apardı, qarşılığında qovuldu

Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı baş tutub.

Apasport.az xəbər verir ki, "Samsunspor" alman mütəxəssis Tomas Raysla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ötən gün "Antalyaspor"a qarşı alınan 1:3-lük məğlubiyyətdən sonra onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2024-2025 mövsümündə komandaya rəhbərlik etməyə başlayan Rays "Samsunspor"u Konfrans Liqasının pley-off mərhələsinə qədər çıxarıb.

Komandayla çıxdığı 72 matçda 33 qələbə qazanan məşqçi, 18 bərabərlik və 21 məğlubiyyətlə Samsun karyerasını bititib.