Kubarsi turnirin ən yaxşı gənc futbolçusu seçildi
20.07.2026 - 02:46
Kubarsi turnirin ən yaxşı gənc futbolçusu seçildi

İspaniya millisinin müdafiəçisi Pau Kubarsi 2026-cı il dünya çempionatının ən yaxşı gənc futbolçusu adına layiq görülüb.

Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu turnirin yekununda təqdim olunan "Ən yaxşı gənc oyunçu" mükafatının sahibi olub.

Kubarsi turnirdə İspaniyanın keçirdiyi bütün 8 qarşılaşmada – Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay, Avstriya, Portuqaliya, Belçika, Fransa və Argentinaya qarşı oyunlarda start heyətində yer alıb. Gənc müdafiəçi ümumilikdə 750 dəqiqə meydanda olub.

Qeyd edək ki, İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.