Kyeza İtaliyaya qayıda bilər
01.01.2026 - 13:26
“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza komandanı tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, futbolçu qış transfer pəncərəsində “Yuventus”a qayıda bilər.
Turin klubu Kyezanı icarəyə götürmək variantını nəzərdən keçirir.
“Ağ-qaralar” üçün əsas prioritet yarımmüdafiə xəttini gücləndirməkdir.
Qeyd edək ki, Kyeza 2024-cü ilin yayında “Yuventus”dan “Liverpul”a transfer olunub.
0
0